Küləyin sürəti artıb, dağlıq rayonlarda şaxta qeydə alınıb — FAKTİKİ HAVA

GÜNDƏM 05 yanvar 2025, 12:43
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bu barədə Demokrat.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir.

Bildirilib ki, yanvarın 5-i saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Binə, Çilov adası, Hacıqabul, Neftçalada duman müşahidə olunub.

Narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi arabir Daşkəsəndə 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Oğuzda 20 m/s, Naftalan, Qobustan, Lerikdə 18 m/s, Şəkidə 15 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 9 dərəcəyədək isti, Naxçıvan MR-da 10, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 yanvar 2025, 22:45
Top