Tarixi Muxas qülləsi niyə baxımsız qalıb? — VİDEO

SOSİAL 01 yanvar 2025, 22:00
Muxas qülləsi dağlar qoynunda, Oğuz rayonunun Muxas kəndindən şimalda Daşağıl keçidinin qarşısında yerləşir. Orta əsrlərə aid tarixi tikili 11,6 metr hündürlüyündədir.

Gözətçi məntəqəsi olduğu ehtimal edilən qüllənin bir hissəsi uçub, divarın yuxarı hissəsində çatlar əmələ gəlib.

Abidə haqqında məlumat verən tarixçi Emin Cəfərov dövlət tərəfindən qorunan qüllənin təmirə ehtiyacı olduğunu bildirib.

"Qüllə 9-cu əsrdə tikilib, 14-cü əsrə qədər istifadə edilib. Tikintisində çay daşından və kirəcdən istifadə olunub. Hazırda qüllənin görkəmi xoşagələn deyil, bəzi hissələri uçub-dağılıb. İki pəncərəsi olub ki, onlar da bərbad vəziyyətdədir", - deyə o söyləyib.

Daha ətraflı Baku TV-nin süjetində:


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 yanvar 2025, 15:21
04 yanvar 2025, 13:57
Top