Esma Əsədin bu ölkəyə girişinə icazə verilmədi

DÜNYA 30 dekabr 2024, 15:06
Böyük Britaniya səyahət sanksiyaları tətbiq etdiyi vətəndaşı Esma Əsədin ölkəyə girə bilməyəcəyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, məlumata əsasən, Esma Əsədi 2020-ci ildə vaxtı bitən ingilis pasportunu yeniləmədiyi üçün heç bir səyahət sənədi yoxdur və tətbiq olunan sanksiyalar səbəbindən İngiltərəyə girməsi mümkün deyil.

Böyük Britaniyanın daxili işlər naziri İvett Kuper deyib ki, Esma Əsədin ölkəyə girişinə icazə verilməyəcək.

Ölkənin xarici işlər naziri Devid Lemmi isə dekabrın 9-da "Əsəd sanksiyalara məruz qalan şəxsdir və burada xoş qarşılanmayacaq" deyə açıqlama verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 yanvar 2025, 13:36
Top