İlon Maskın Almaniya siyasətinə qarışması sərt tənqid olunub

DÜNYA 29 dekabr 2024, 22:15
Almaniya kansleri namizədi Fridrix Merz amerikalı sahibkar İlon Maskın sağçı Almaniya üçün Alternativ (AfD) partiyasını dəstəkləyən açıqlamasını tənqid edib. 

Demokrat.az xəbər verir ki, o, bunu Almaniya seçkilərində görünməmiş müdaxilə adlandırıb. 

O vurğulayıb ki, bu ABŞ-nin seçki kampaniyasına oxşar müdaxilə halını xatırlatmır.

Merz vurğulayıb ki, Maskın kampaniya çağırışı bütün sərhədləri aşır və təkəbbürlüdür. 

Siyasətçi xatırladıb ki, AfD Almaniyanın  Avropa İttifaqından çıxmasını dəstəkləyir və bu, Almaniya iqtisadiyyatına mənfi təsir edəcək.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top