Adı məzunu olduğu akademiyada da yaşayacaq...

GÜNDƏM 29 dekabr 2024, 19:24
Ukraynanın Kropivnitskidəki Dövlət Uçuş Akademiyasının sinif otaqlarından birinə Azərbaycanın Milli Qəhrəmanı, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotlarından biri Aleksandr Kalyaninovun adı veriləcək.

Demokrat.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Husyev Yuriy “X” hesabında məlumat verib.

“Bu mükafat onun fədakarlığını şərəfləndirir və gələcək aviasiya işçilərini ilhamlandırır. Onun mirası yaşayacaq” , - səfir bildirib.

Qeyd edək ki, Aleksandr Kalyaninov həmin akademiyanın məzunu olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 aprel 2025, 22:11
24 aprel 2025, 20:43
Top