Azərbaycan Fotoqrafiya Federasiyası və Gilavar Foto Klubu ictimai birliyi “Yaşıl dünya naminə Həmrəylik ili”nə və COP29 tədbirinə dəstək vermək məqsədi ilə “Dünyanı yenidən yaşıl edək” (Make World green again) adlı beynəlxalq fotomüsabiqə təşkil edib.
Fotomüsabiqənin mövzusu və məqsədi dünyada baş verən iqlim dəyişmələrini insanlara fotolar vasitəsi ilə çatdırmaq olub. Fotomüsabiqəyə sel və daşqınlar, quraqlıqlar, səhralaşmalar, meşə yanğınları, buzlaqların əriməsi, Ozon təbəqəsi, təbii su ehtiyyatlarından qeyri-səmərəli istifadə, günəş və külək elektrik stansiyaları, təbiətə atılan tullantılar və onların idarə olunması, havaya buraxılan qazlar və s. kimi fotolar qəbul olunub.
Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının (IAAP) himayədarlığı ilə keçirilən müsabiqəyə dünyanın 60 ölkəsindən 504 fotoqraf tərəfindən 1800 foto təqdim edilib. Fotolar Azərbaycan, Türkiyə və Şimali Makedoniyadan olan münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.
Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq.
Qeyd edək ki, Azərbaycan Fotoqrafiya Federasiyası və Gilavar Foto Klubu ictimai birliyi tərəfindən Azərbaycanda foto sənətinin inkişafı istiqamətində müxtəlif layihələr, o cümlədən yerli və beynəlxalq səviyyəli fotomüsabiqələr, fotosərgilər, təlimlər, qrant və sosial layihələr həyata keçirilir.