Azərbaycanda dini təhsil tez-tez müzakirə olunan məsələlərdən biridir. Mövzunun aktuallığı hər keçən il daha da artır. Dünyəvi dövlətdə dini təhsilin həyata keçirilməsi bir çox hallarda fikir ayrılıqları, mübahisələr doğurur. Radikal ünsürlərin vüsət aldığı, xarici təhdidlərin artdığı bir dövrdə düzgün dini biliklərə malik, fanatizmə sürüklənmədən dinin mahiyyətini anlayan gəncliyin yetişməsi mühüm məsələdir. Bu, bilavasitə dövlətin və cəmiyyətin maraqlarına xitab edir. Dünyəvi dövlətdə dini təhsil məsələsi Azərbaycan Din Xadimlərinin Forumunda bir daha gündəmə gəldi. Forum çərçivəsində təşkil olunan panel müzakirələrdə dünyəvi dövlətdə dini təhsilin məhz dövlət tərəfindən təşkil edilməsinin vacib olduğu vurğulandı. Yalnız bu halda din azadlığı ilə dünyəvilik arasında balansın qoruna biləcəyi diqqətə çatdırıldı. Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov qeyd etdi ki, müasir dini təhsil modeli, ənənəvi dini biliklər müasir cəmiyyətin ehtiyaclarına və qlobal dünyanın reallıqlarına uyğunlaşdırılmalıdır.
“Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçirilən forumda “Dünyəvi dövlətdə dini təhdidlər: siyasi-ideoloji baxış”, “Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu”, “Azərbaycan multikulturalizmi: təcrübə, ənənə və müasir çağırışlar” mövzuları ətrafında da panel müzakirələr təşkil olundu, fikir mübadiləsi aparıldı.
Millət vəkili Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, ölkəmizdə bu cür tədbirlərin keçirilməsi önəmlidir:
“Ard-arda bu istiqamətdə müxtəlif tədbirlərin keçirildiyinin şahidiyik. Bakıda keçirilən Din Xadimlərinin Forumu da bu baxımdan əhəmiyyət daşıyır. Forumda bir çox mühüm məsələlər ətrafında müzakirələr aparıldı. Bu müzakirələri olduqca vacib hesab edirəm. Orta məktəblərdə dinin tədrisi məsələsinə gəldikdə isə bu, uzun müddətdir ictimaiyyət arasında müzakirə olunur. Bəziləri bunu qəbul etmir, bəziləri isə düşünür ki, məktəblərdə buna yer verilməlidir. Orta məktəblərdə şagirdlərə dini biliklər nə üçün verilməlidir? Düşünürəm ki, bu suala cavab verməliyik. Din təhsili dedikdə orta məktəblərdə dini ehkamların öyrədilməsindən söhbət getmir . Gənclərə, yeniyetmələrə ona görə dini biliklər verilməlidir ki, onlar gələcəkdə zərərli təsirlərin qurbanı olmasınlar. Orta məktəblərdə dini biliklərin aşılanması şagirdlərə zərərli təsirlərdən qorumaqdır. Bu gün onların çoxunun din haqqında məlumatı və biliyi olmadığına görə əksər hallarda zərərli təsirlərin qurbanına çevrilirlər. Onların dini biliklərə çıxışlarının təmin edilməsi vacibdir”.
Təhsil eksperti Kamran Əsədov da orta məktəblərdə dini biliklərin tədrisinə müsbət yanaşır. O, sayta açıqlamasında söyləyib ki, məktəblərdə dini biliklərin verilməsi din haqqında şagirdlərdə doğru təsəvvürün formalaşmasına töhfə verə bilər:
“Din haqqında doğru bilgilərə yiyələnmək yeniyetmə məktəblilərin sağlam şüurlu böyüməsinə yardım edə bilər. Bu həm də onları yad təsirlərdən qoruyacaq, qeyri-islami dinlərin mümayəndələrinə tolerant yanaşmağa təşviq edəcək, onlar multikulturalizm ənənələri əsasında böyüyəcəklər. Azərbaycan cəmiyyətinə də məhz belə gənclər lazımdır. Dini fanatizm, radikallıq bu gün bütün cəmiyyətlərdə problemlərə yol açır. Bundan sığortalanmaq üçün din haqqında məlumatlı olmaq lazımdır. Qonşu ölkələrin təhsil praktikasına baxsaq, oxşar nümunələr görə bilərik. Rusiya və Gürcüstanda orta məktəblərdə müxtəlif dinlərin mədəniyyətləri haqqında biliklər öyrədilir. Məktəblərdə dini biliklər haqqında fənnin keçirilməsi doğru dini biliklərə sahib gənclərin yetişməsinə töhfə verəcək. Onlar həm də tariximiz və mədəniyyətimizi də bu yolla daha dərindən öyrənmiş olacaqlar. Çünki İslam dini Azərbaycan tarixini ayrılmaz bir parçasıdır. Həmçinin Azərbaycanda çoxsayda fərqi din və millətlərə məxsus insanlar yaşayır. Din haqqında ümumi biliklərin formalaşdırılması tolerant və multikultural, dini dəyərlərə, bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşan bir gəncliyin yetişməsinə müsbət təsir göstərəcək. Orta məktəblərdə dini bilikləri Azərbaycan dövlətinin maraqlarını üstün tutan, yad ideologiyaların təsiri altında olmayan şəxslərin, təcrübəli müəllimlərin tədris etməsi lazımdır”.
Törə Zeynallı
Demokrat.az
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə ictimai və dövlət maraqlarının müdafiəsi istiqamətində hazırlanıb.