Təyyarə qəzasında həlak olan Milli Aviasiya Akademiyasının tələbəsi evin tək uşağı imiş

GÜNDƏM 25 dekabr 2024, 19:33

Bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğraması nəticəsində təyyarədə Sumqayıt vətəndaşı 20 yaşlı Mahmud Tutunçiyev də olub.

Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, bu barədə onun dostu Pərvin Aslanlı danışıb.

O bildirib ki, Mahmud Çeçenistana istirahət məqsədilə gedibmiş:

"Səhər 7 radələrində Hava Limanında görüşdük, onu yola saldım. Qrup yoldaşımdır. Milli Aviasiya Akademiyasında təhsil alırdı, evin tək uşağı idi, arzuları çox idi. Hələ ki xəbər ala bilməmişik. Sosial şəbəkələrdə həlak olduğunu öyrəndim. Ailəsi ilə əlaqə saxlaya bilməmişəm"- o bildirib.

Ətraflı süjetdə:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 08:27
Top