Kadırov qəzaya uğrayan təyyarədə 25 nəfərin sağ qaldığını bildirib

GÜNDƏM 25 dekabr 2024, 12:07
Çeçenistan rəhbəri Ramzan Kadırov Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Kadırov teleqram kanalında yazıb.

"Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları” aviaşirkətinin Aktauda qəzaya uğrayan sərnişin təyyarəsinin həlak olan sərnişinlərinin yaxınlarına başsağlığı verirəm", deyə Çeçenistan rəhbəri qeyd edib.

Kadırov təyyarə qəzasından 25 nəfərin sağ qurtulduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top