Xalq artisti Mənsum İbrahimov oğlu İbrahimlə bağlı paylaşım edib.
Demokrat.az OLAY-a istinadən xəbər verir ki, övladı ilə fotosunu instaqram səhifəsində yayımlayan xanəndə onun doğum günü olduğunu bildirib.
İbrahimov oğlunu bu sözlərlə təbrik edib:
“Sevimli oğlum İbrahim, 20 yaşın mübarək. Yolun daim açıq olsun”.