Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib — FOTOLAR

SOSİAL 22 dekabr 2024, 15:55
Dekabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi və "Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər" forumunun iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər.

Demokrat.az xəbər verir ki, daha sonra iştirakçılar Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti ilə tanış olublar.

Eyni zamanda gün ərzində din xadimləri Heydər məscidini ziyarət edəcək və Vəhdət namazı qılınacaq.

Xatırladaq ki, dekabrın 23-də Bakıda "Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər" mövzusunda Azərbaycan Din Xadimlərinin Forumu keçiriləcək.

Forumda müvafiq dövlət qurumlarının, Azərbaycan Respublikasında fəaliyyət göstərən müxtəlif konfessiyaların nümayəndələri, eləcə də dini təhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı alim və mütəxəssislər iştirak edəcəklər.

Dini təhdidlər haqqında cəmiyyətin məlumatlandırılması, dini maarifləndirmə prosesində din xadimlərinin rolunun artırılması, eyni zamanda dini icmaların və din xadimlərinin fəaliyyəti, qarşılaşdıqları çətinliklər barədə rəy və təkliflərin öyrənilməsi məqsədilə keçiriləcək Foruma respublikamızın müxtəlif bölgələrindən dəvət edilmiş fərqli dinlərə mənsub 100-dən çox din xadimi, İslam və qeyri-islam dini icmaların rəhbərləri qatılacaqlar.

Tədbirin "Dünyəvi dövlətdə dini təhdidlər: siyasi-ideoloji baxış", "Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu", "Azərbaycan multikulturalizmi: təcrübə, ənənə və müasir çağırışlar" və "Dünyəvi dövlətdə dini təhsil modelləri: nəzəriyyə və praktika" mövzularına həsr olunacaq panel sessiyalarında dini sahədəki siyasətin əsas istiqamətləri, aktual məsələləri, ölkədə dini durumla bağlı mövcud vəziyyət müzakirə olunacaq.

Azərbaycan Din Xadimlərinin Forumu çərçivəsində "Qərbi Azərbaycan: xəritələr, eksponatlar, abidələr, deportasiya" mövzusuna həsr olunan fotosərgi nümayiş etdiriləcək.




SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 dekabr 2024, 17:25
Top