Kosmosun tədqiqi sadəcə elmi fəaliyyət deyil, insanın dözümlülüyünün və ixtiraçılıq qabiliyyətinin sübutudur.
Bu barədə ICESCO-nun Baş direktorunun elm və texnologiyalar üzrə müşaviri Məhəmməd Şərif Bakıda keçirilən “Kosmik tibbin əsasları” seminarının açılışında onlayn çıxışı zamanı deyib.
“Bu seminarda sizin yanınızda olmaq istərdim. Kosmosun unikal və mürəkkəb mühitində insan sağlamlığı və rifahı haqqında anlayışımızı inkişaf etdirməyə çalısan belə görkəmli peşəkarlar və entuziastlar qrupu ilə burada olmaq mənim üçün böyük şərəfdir.
Kosmosa uçuşun fizioloji və psixoloji problemlərinin dərk edilməsi təkcə sağlamlığınızı qorumaq üçün deyil, həm də burada, Yer üzündə tibbi biliklərimizi zənginləşdirmək üçün vacibdir. ICESCO-nun kosmos elminin inkişafı və tətbiqi sahəsində son səyləri haqqında məlumatı sizinlə bölüşmək istərdim. ICESCO kosmik texnologiyaların Dayanıqlı İnkişaf Məqsədlərinə inteqrasiyasına dair təşəbbüslərlə çıxış edir, gənc alimlərin potensialının artırılması proqramlarına kömək edir və məsafədən zondlama, təbii fəlakətlərlə mübarizə və kosmik tibb kimi sahələrdə fənlərarası əməkdaşlığı təşviq edir. Bu töhfə üzv dövlətlərə kosmik elmin potensialından istifadə etmək imkanı verməklə yanaşı, qlobal problemlərin həllində beynəlxalq əməkdaşlığın mühüm rolunu nümayiş etdirir. Bu seminar fikir mübadiləsi, əməkdaşlığın inkişaf etdirilməsi, tibb və kosmos elmi arasında körpü olacaq innovativ həllərin araşdırılması üçün dəyərli platformadır”, - deyə Məhəmməd Şərif bildirib.