SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Gəncə şəhərinin vətəndaşları ilə görüşüb.
Vətəndaş qəbulunda Gəncə şəhəri ilə yanaşı, Samux, Şəmkir, Tovuz, Ucar və Xaçmaz rayonlarından olmaqla ümumilikdə 45 nəfərin qaz təchizatı ilə bağlı problemləri dinlənilib. Qəbulda əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, qaz xəttinin yerinin dəyişdirilməsi, habelə işə qəbulla bağlı müraciətlər ünvanlanıb. Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə ətraflı izahatlar verib. Bir sıra məsələlərin yerində baxılaraq araşdırılması üçün Gəncə Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.