“Türkiyənin Azərbaycanla bağlı ən böyük arzusu...” — Yaşar Gülər

XARİCİ SİYASƏT 14 dekabr 2024, 08:39
“Bir millət, iki dövlət” anlayışı ilə ölkəmizin təhlükəsizliyindən, əmin-amanlığından ayrı görmədiyimiz əziz Azərbaycanın sabitliyi naminə hər zaman qardaşlarımızın yanında olduq və bundan sonra da belə olacaq”.

Demokrat.az xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər dekabrin 13-də ölkə parlamentində çıxışı zamanı səsləndirib.

Nazir bildirib ki, Türkiyənin ən böyük arzusu, Cənubi Qafqaz bölgəsində daimi sülhün bərqərar olması üçün Azərbaycan və Ermənistan arasında tez bir zamanda sülh sazişininin əldə olunmasıdır.

Suriyadaki son hadisələrə də toxunan Türkiyəli nazir, terrorçuların qonşu ölkədəki qeyri-sabit vəziyyətdən faydalanmasına icazə verilməyəcəyini vurğulayıb.

“Beynəlxalq ictimaiyyət Suriyadaki tarixi proseslərə dəstək verməlidir”, - deyə Gülər əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 dekabr 2024, 21:14
Top