Rəsmi Bakı: Ermənistan 30 ildən çoxdur öz sərhədlərini dəqiq müəyyənləşdirməyib

XARİCİ SİYASƏT 10 dekabr 2024, 11:12
Ermənistan hökuməti 30 ildən çoxdur öz sərhədlərini dəqiq olaraq müəyyənləşdirməyib.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Qarabağın Ermənistanın bir hissəsi olması ermənilərin milli ideologiyasıdır:

"Ermənistan Konstitusiyasında qeyd olunur ki, Ermənistan dövlətçiliyinin əsasları müstəqilliyinin elan edilməsidir. Bu, Ermənistan xalqının milli hədəflərini ehtiva edir. İkinci Qarabağ müharibəsindən sonra da bu məsələlər öz həllini tapmayıb".

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top