Başağrısına səbəb olan 10 amil

MARAQLI 15 dekabr 2024, 19:19
Yediyiniz yeməkdən, içdiyiniz suya qədər hər şey başınızın ağrımasına səbəb ola bilər. Buna görə də, xüsusilə, başağrısına meyilli olan adamlar daha diqqətli olmalıdırlar. İndi isə başağrısına səbəb olan amillər və bu amillərlə mübarizə yolları haqqında…

Çəki: Son vaxtlar aparılan araşdırmalara görə, orta çəkili adamlarda yüngül çəkili adamlarla müqayisədə başağrısı ehtimalı 35 faiz çoxdur. Ağır çəkili adamlarda isə bu rəqəm 80 faizdir.

Xarakter: Bəlkə də sizə qəribə gələcək, ancaq sərt, utancaq və dəyişkən xarakterə malik adamlar başağrısına daha meyillidirlər.

İş fasilələri: İş həyatınızda həftəsonları və ya bayramlarla bağlı yol verdiyiniz fasilələr başağrısı ehtimalınzı artıra bilər. Bu fasilələrə daha asan uyğunlaşmaq üçün yuxu saatlarınıza diqqət yetirməli, həmçnin, nə çox gec yatmalı, nə də çox gec oyanmalısınız.

Rəng: Ənənəvi rənglərdən fərqli olaraq qeyri-ənənəvi rənglər başağrısına daha çox səbəb olurlar.

Aclıq: Aclıq başağrısına səbəb olan əsas amillərdən biridir. Gün ərzində bir yeməyi belə təxirə salsanız, başınız ağrımağa başlaya bilər.

Susuzluq (və ya başqa sözlə, dehidrasiya): Aclıq başağrısına səbəb olduğu kimi, susuzluq da başağrısına səbəb olur. Ancaq susuz qalmamaq üçün litrlərlə su qəbul etməyə ehtiyac yoxdur. Bunun üçün sizə lazım olan suyu həm meyvə və tərəvəzlərlə, həm də adi su ilə qəbul etmək kifayətdir.

Həddindən artıq kafein: Az miqdarda qəbıl edilən kafein başağrısına qarşısını alsa da, çox miqdarda qəbul edilən kafein başağrısına səbəb ola bilər. Əgər başağrısına səbəb olursa, mütəxəssislər həftədə iki dəfədən çox kafein qəbul etməməyi məsləhət görürlər.

Hərəkətsizlik: Son vaxtlar aparılan araşdırmalara görə, aktiv olmayan adamlarda aktiv olan adamlarla müqayisədə başağrısı ehtimalı daha çoxdur. Bunun üçün həftədə ən azı 5 gün, gündə isə ən azı 20-30 dəqiqə idmanla məşğul olmaq lazımıdır.

Yuxusuzluq: Aparılan araşdırmalar bir gecədə orta hesabla 6 saat yatan adamlarda bir gecədə orta hesabla 6 saatdan çox yatan adamlarla müqayisədə başağrısı ehtimalının daha çox olduğunu göstərir.
Qida: Başağrısına səbəb olan amillərdən biri də qidalardır. Ancaq bu vəziyyət qidalardan asılı olaraq dəyişdiyi kimi, adamlardan asılı olaraq da dəyişir. (Yeniavaz.com)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 dekabr 2024, 21:14
Top