Rumıniya və Bolqarıstan Şengen zonasına qoşuldu

DÜNYA 12 dekabr 2024, 14:46
Bolqarıstan və Rumıniya 2025-ci il yanvarın 1-dən Şengen razılaşmasının tamhüquqlu üzvləri olacaq.

Demokrat.az  xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının yaydığı bəyanatda deyilir. 

Hər iki ölkənin birliyə inteqrasiyasından 18 il sonra Bolqarıstan və Rumıniyanın digər Şengen dövlətləri ilə quru sərhədlərində nəzarət ləğv ediləcək. 

Qeyd edək ki, 2023-cü ilin sonunda Avropa İttifaqında hər iki ölkənin Şengen zonasına qismən daxil olması ilə bağlı konsensus əldə olunub. Bu isə hava limanı və dəniz limanlarında yoxlamaların ləğvini nəzərdə tuturdu. Qərar 2024-cü il martın 30-da qüvvəyə minib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 17:26
Top