“Suriyanın əvvəlki rejimi Azərbaycana problem yaradırdı”

SİYASƏT 12 dekabr 2024, 12:34
“Suriyanın əvvəlki rejimi bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana problem yaradırdı. Amma bundan sonra yaxşı olacağına ümid edirik”.

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında  Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. 

“Suriyadakı məsələlərlə bağlı Türkiyə Prezidenti ilə Azərbaycan Prezidenti arasında telefon danışığı olub, Suriya xalqına təbriklər çatdırılıb. Azərbaycan tərəfi bundan sonrakı dövrdə qardaş Türkiyə ilə birgə məsləhətləşmələr əsasında Suriya ilə münasibətləri davam etdirəcək”, - deyə Hikmət Hacıyev bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 13:46
Top