Göyçayda Şirvan suvarma kanalı yarıldı — RƏSMİ

HADİSƏ 12 dekabr 2024, 10:22
Şirvan suvarma kanalının Göyçay rayonundan keçən hissəsində yaranan problem aradan qaldırılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, əməkdaşlar əraziyə cəlb olunublar, lazımi işlər icra edilib və kanalda yaranan problem aradan qaldırılıb.

***06:47

Şirvan suvarma kanalının Göyçay rayonundan keçən hissəsi yarılıb.

Demokrat.az  "Report"a istinadən bildirir ki, hadisə gecə saatlarında Lək kəndi ərazisində baş verib.

Suvarma kanalının torpaq qatı 3-4 metr yarılıb, su kəndə doğru axmağa başlayıb. Əraziyə Şirvan suvarma kanalının canlı qüvvəsi və ağır texnikası cəlb edilib.

Hazırda kanalın yarılan hissəsinin bərpası işləri görülür. Əraziyə polis əməkdaşları cəlb olunublar, təhlükəsizlik tədbirləri görülüb.

Fəsadın aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçrilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 yanvar 2025, 08:46
Top