Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır

SİYASƏT 07 dekabr 2024, 12:21
"AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır".

Bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.

Onun sözlərinə görə, parlamentlərin bugünkü fəaliyyətinə uzun illərdir formalaşmış parlamentarizm ənənələrinin təsiri böyükdür: "Bu ənənəyə misal olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin parlament təcrübəsini qeyd etmək olar".

Spiker hazırda bəzi ölkələrin parlamentlərinin hansısa siyasi qüvvələrdən təsirlənməsindən təəssüfləndiyini bildirib:

“AŞPA və Avropa Parlamenti kimi qurumlar Azərbaycana qarşı böhtan xarakterli iş aparır, ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışırlar. Bunun səbəbi Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, müstəqil siyasət yürütməsidir”. (Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top