"Evdə tək" filmini real həyatda yaşadılar — 9 aylıq uşağı evdə tək buraxdılar

MARAQLI 06 dekabr 2024, 19:03
Ufadan olan valideynlər doqquz aylıq körpəni sahibsiz qoyaraq uzun müddət evi tərk ediblər. 

Demokrat.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsindən məlumat verilib. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyətdən noyabr ayında xəbər tutublar. Valideynlərdən birinin nənəsi bildirib ki,  oktyabr ayında nəvəsi və yoldaşı evdən çıxıb. Körpə isə onların yanında olmayıb. 

Polis əməkdaşları  müəyyən ediblər ki, uşağın valideynləri həqiqətən də təxminən bir ay əvvəl evi tərk ediblər.
Həkimlərin müayinəsi zamanı uşağın yorğun olduğu və fiziki inkişafının yaşına uyğun olmadığı müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, valideynlər tapılaraq lazımi tədbirlərin görülməsi üçün polisə aparılıb.

Əfsanə Kamal
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top