Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı sinif yoldaşı tərəfindən bıçaqlanan şagirdin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 15 yaşlı oğlan şagirdinə ilkin tibbi xidmət göstərilib.
"Hər iki əlin kəsilmiş yarası diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (ETTOİ) təxliyə olunub", - deyə məlumatda qeyd olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə Oxu.Az-a bildirilib ki, paytaxtın Səbail rayonu ərazisində yerləşən orta məktəbin 10-cu sinif şagirdinin digər şagirdə kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.
"Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.
Hazırda Səbail Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə qurumdan bildirilib.
***
15:48
Dekabrın 4-də Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı - saat 12:10-da X sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) qəfildən kəsici alətlə xəsarət yetirib.
Demokrat.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili-tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib.
Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.