Uşaqların dini məclislərə aparılması nə qədər doğrudur? — AÇIQLAMA

SOSİAL 04 dekabr 2024, 12:02
Azyaşlılarda dini mövzularda necə fikir formalaşdırılması hər zaman suallar yaradıb. Din xadimləri də mövzu ilə bağlı fikir ayrılıqları yaşayırlar. 

Məsələ ilə bağlı ilahiyyatçı alim Elşad Miri Demokrat.az-a açıqlamada bildirib ki, din mövzusunda uşaqlarımıza ümumi biliklər verilə bilər:



"Əxlaq məsələlərində bu biliklər verilsə, daha gözəl olar. Mübahisəli mövzulardan övladlarımızı kənar saxlamalıyıq. Quranda bəhs edilən hekayələr danışılaraq bunlardan nəticə çıxarmaqla əlaqəli istiqamətləndirici nüanslar öyrədilə bilər.

Yaxşı insan olmaq üçün din anlayışından məharətlə istifadə etməliyik. Qurandakı oxumaq anlayışını dərslərimizlə əlaqələndirməliyik. Məsələn, kimyanın Allahın yaratdığı kimyəvi maddələri öyrətməsini, fizikanın Allahın yaratdığı qanunları təlim etdiyini, zoologiyanın Allahın necə möhtəşəm yaratma sənəti olduğunu izah etsək, daha gözəl olar.

Müəllimlərlə, ailədə böyük-kiçiklə münasibətlərin tənzimləməsi baxımından həvəsləndirici məsələləri daha ön plana çıxarmaq lazımdır".
 
Elşad Miri qeyd edib ki, uşaqların dini məclislərə aparılması məclisə görə dəyişməlidir:

“Uşaqları məscidə aparmaq gözəl olar. Hətta, namaz vaxtından əvvəl aparıb oraları gəzdirmək, vaxt keçirmək daha yaxşı olar. Bəzi dini məclislər, əksinə, uşaqların gələcək din anlayışında müsbət olmayan təsirlər buraxa bilər”.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 22:37
04 dekabr 2024, 21:43
04 dekabr 2024, 20:57
Top