Rusiyanın TASS İnformasiya Agentliyinin təşkilatçılığı ilə noyabrın 25-dən dekabrın 1-dək Moskva şəhərində MDB-dən olan xəbər agentliklərinin fotomüxbirləri üçün seminar təşkil edilib.
Seminarda Agentliyin dəvəti ilə Azərbaycandan “Gilavar Foto Klubu” ictimai birliyinin üç üzvü – Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri Tofiq Babayev, “Azərbaycan Dəmir Yolları” ASC-nin əməkdaşı, beynəlxalq dərəcəli fotoqraf Allahkərim Abbasov, və “Bakı Metropoliteni” QSC-nin əməkdaşı Məhərrəm Məcidov iştirak ediblər.
Təlim zamanı TASS-ın Fotoxronika redaksiyasının aparıcı fotoqrafları tərəfindən müasir dünyada xəbər fotojurnalistikası, protokol çəkilişi və rəsmi tədbirlərin işıqlandırılması, videoçəkiliş, eləcə də digər mövzular haqqında məruzələr edilib, praktiki tapşırıqlar verilib.
Seminar çərçivəsində iştirakçılar TASS İnformasiya Agentliyinin baş ofisinin və Fotoxronika redaksiyasının inzibati binalarında olublar. Fotoqraflar burada əməkdaşlar üçün yaradılan şəraitlə tanış olub, agentliyin iş prosesini yaxından izləyiblər. Eyni zamanda agentliyin baş direktorunun birinci müavini Mixail Qusman ilə də görüşüblər.
Sonda seminarı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Gilavar Foto Klubu” ictimai birliyinin üzvləri artıq ikinci ildir ki, bu cür seminarda iştirak edirlər. Gələcəkdə də Klub ilə Rusiyanın TASS İnformasiya Agentliyi arasında foto sahəsi üzrə əməkdaşlığın davam etdirilməsi, müxtəlif təlim və layihələrin keçirilməsi nəzərdə tutulur.