DİQQƏT: "WhatsApp"da yaxınlarınızın adından sizdən borc pul istəyə bilərlər

SOSİAL MEDİA 02 dekabr 2024, 09:00

Vətəndaşların "WhatsApp" hesabları oğurlanır, telefon kitabçalarında olan nömrələrə mesajlar göndərilir.

Demokrat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, son vaxtlar "WhatsApp" yeni dələduzluq növü yayılıb. Kiberdələduzlar artıq hesabı rahatlıqla oğurlaya bilərlər.

Hətta bəzi hallarda sizə kontaktınızda olan bir şəxsin nömrəsi ilə də yaza bilərlər. Bu sizdə inamı artırsa da, diqqətli olmalısınız.

Ekspertlər deyirlər ki, bütün hallarda sizə kimliyindən asılı olmayaraq hər hansı bir şəxs tərəfindən mənbəyi məlum olmayan linklər göndərilsə, açmağa tələsməyin. Əks halda, kiberdələduzlar "WhatsApp" hesabınızı ələ keçirə bilərlər.

Ekspert Azər Əlili tövsiyə edir ki, mütləq qaydada ikili doğrulama funksiyası tətbiq edilməlidir. Bu halda "WhatsApp" və bənzəri messencer tətbiqlərinizin təhlükəsizliyi daha yaxşı qoruna bilər.

Ətraflı süjetdə:


 



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 dekabr 2024, 10:12
Top