Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar — SİYAHI

İQTİSADİYYAT 30 noyabr 2024, 13:50

Bu ilin noyabrın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər 14 milyard 265 milyon 991 min manat təşkil edib.

Demokrat.az-ın Mərkəzi Banka istinadən məlumatına görə, regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə, bunun 12 milyard 645 milyon 875 min manatı Bakı iqtisadi rayonuna məxsusdur.

Dövr ərzində regionlar arasında bankda əmanəti olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 451 milyon 871 min manat pulu var.

Gəncə-Daşkəsən iqtisadi rayonunda yaşayan əhalinin banklarda 224 milyon 93 min, Quba-Xaçmaz iqtisadi rayonunda yaşayanlar isə 138 milyon 604 min manat bank əmanətinə sahibdir.

Digər regionlar üzrə göstəricini təqdim edirik: (Trend)

Regionlar üzrə cəlb olunmuş əmanətlər
Regionların adı Cəmi (min manat) Orta % dərəcəsi
Bakı iqtisadi rayonu 12,645,875 4.15%
Abşeron-Xızı iqtisadi rayonu 451,871 6.27%
Gəncə-Daşkəsən iqtisadi rayonu 224,093 5.99%
Quba-Xaçmaz iqtisadi rayonu 138,604 5.24%
Lənkəran-Astara iqtisadi rayonu 127,209 5.10%
Şəki-Zaqatala iqtisadi rayonu 125,003 4.29%
Mərkəzi Aran iqtisadi rayonu 118,121 5.16%
Qazax-Tovuz iqtisadi rayonu 113,145 5.56%
Qarabağ iqtisadi rayonu 92,175 4.29%
Şirvan-Salyan iqtisadi rayonu 67,968 4.16%
Naxçıvan iqtisadi rayonu 67,631 3.65%
Mil-Muğan iqtisadi rayonu 50,691 3.18%
Dağlıq Şirvan iqtisadi rayonu 43,605 4.79%
Şərqi Zəngəzur iqtisadi rayonu - -
Azərbaycan Respublikası 14,265,991 4.28%

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top