Kürdəmirdə arvadını görməyə gedən kişi döyüldü — TƏFƏRRÜAT

KRİMİNAL 29 noyabr 2024, 16:44
Kürdəmir rayonunda 2004-cü il təvəllüdlü Nəsib şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qohumu Cəlilə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Kürdəmir rayonunun kəndlərindən birində baş verib. Nəsib kəndi ərazisində qohumu Cəlilin onun nənəsi Sonanın evinə gələrək onu narahat etməsi səbəbindən şəxsi münasibətlər zəmnində aralarında baş vermiş mübahisə zamanı onun boğazından əli ilə sıxıb və yumruqla sifətindən bir-neçə dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Nəsibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsib ona elan olunmuş ititham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Cəlil onun qohumudur, münaisbətləri həmişə yaxşı olub: “Məlum hadisə günü, saat 22 radələrində nənəm Sonanın evindən səs-küy gəldiyini eşidərək oraya getmək üçün küçəyə çıxdım. Həmin vaxt küçədə qohumum Cəlili gördüm. Cəlilə bir daha bu evə gəlməməsini demdim və bununla bağlı aramızda mübahisə baş verdi. Bu zaman Cəlilin üzərinə gedərək boğazından tutdum, sifətinə bir-neçə dəfə yumruqla vurdum. Cəlili vurarkən orada bizdən və nənəmdən başqa heç kəs olmayıb. Sonradan etdiyim hərəkətlərə görə peşman oldum. Cəlil ilə barışmışam, Cəlilə dəymiş ziyanı tamamilə ödəmişəm. Cəlil məni bağışlayıb”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Cəlilin sözlərinə görə, təqsirləndirilən Nəsib onun qaynı oğludur, aralarında ədavət və düşmənçilik olmayıb: “Hadisə günü saat 22 radələrində arvadım Güneli görmək üçün qaynanam Sonanın yaşadığı evinə getdim. Qaynanam mənə irad tutdu, aramızda mübahisə düşəcəyini görərək küçəyə çıxdım. Küçədə Nəsib ilə rastlaşdım. Aramızda gedən söhbət zamanı Nəsib mənə “sənə deməyiblər buraya gəlmə” dedi. Həmin vaxt arvadım Güneli görməyə gəldiyimi deyərək işlərimə qarışmamağı məsləhət gördüm. Bu vaxt Nəsib sözlərimdən əsəbləşərək üzərimə gələrək boğazımdan yapışdı və yumruqla sifətimə bir-neçə dəfə vurdu. Ayağa qalxaraq Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdüm, baş verənlər barədə məlumat verdim. Həm də Kürdəmir Rayon Polis Şöbəsinə gedərək ərizə yazdım”. 

Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Nəsibin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 noyabr 2024, 16:35
Top