"Atəşkəsin tezliklə pozulması mümkün deyil" — İsrail xəbərdarlıq etdi

DÜNYA 28 noyabr 2024, 17:04
 “İsraillə Hizbullah arasında atəşkəsin pozulması tərəflərin üzərinə götürdükləri öhdəliyə və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə əməl etmələrindən asılıdır. Atəşkəsə əməl etmək həm də İsrail-Livan münasibətlərinin gələcəyi üçün özül ola bilər. Bu, tərəflərin bir-birinə qarşılıqlı etimad məsələsidir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan deyib.

Ekspertin fikrincə, atəşkəs pozularsa, Livan və İsrailin bir-birinə etimadı da zədələnər: 

“Atəşkəsin tezliklə pozulması mümkün deyil. Digər tərəfdən, bu həm də İranın Avropa üçlüyü ilə aparacağı danışıqların istiqamətindən asılıdır. Əgər noyabrın 29-da Böyük Britaniya, Almaniya və Fransa diplomatları ilə İran diplomatları arasında keçirilən görüş istənilən səmərəni verməzsə, o halda atəşkəsin İranın təhriki ilə pozulması da mümkündür. İndiki şərait və tərəflərin rəsmilərinin çıxışları atəşkəsin pozulmayacağını deməyə əsas verir”.

Qeyd edək ki, İsrail Ordusunun sözçüsü Daniel Haqari "Hizbullah"ın İsraillə atəşkəs razılaşmasını pozmasına cavab olaraq hərbçilərin atəş açacağı barədə xəbərdarlıq edib. "The Times of Israel" qəzeti xəbər verib ki, onun sözlərinə görə, Livanın cənubundakı ərazilərdən biri livanlı mülki əhali üçün bağlıdır, İsrail hərbçiləri oradadır və Hərbi Hava Qüvvələrinin təyyarələri kəşfiyyat uçuşları davam etdirir. Bu ərazidə aşkarlanan silahlılar saxlanılacaq və ya məhv ediləcək.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 20:37
12 dekabr 2024, 20:13
12 dekabr 2024, 18:00
Top