“Azərbaycanla İran münasibətləri 2-3 ay öncəki münasibətlərlə müqayisə olunmazdır. İsrail-İran münasibətləri daha gərgin fazaya daxil olduğu gündən bizimlə olan münasibətlərdə də səngimə var. Azərbaycan tərəfi İrana münasibətdə hər zaman sabit olmağa çalışıb. İranın münasibəti isə bəzən xarici siyasət səbəbindən qalxıb enən xətt üzrə hərəkət edib”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib:
“Sentyabr ayının sonlarından etibarən İsrail-İran münasibətlərinin hərbi qarşıdurmaya keçməsi ilə Azərbaycanla İran gərginliyi arxa plana keçib. Azərbaycan İranla hansısa gərginliyin olmasında maraqlı deyil. Bu gün gərginliyin sönük görünməsinin səbəbi Azərbaycanın gərginlik istəməməsi və İranın başının İsraillə münaqişəyə qarışmasıdır”.
O bildirib ki, münasibətlərimizin yaxşılaşması üçün İranın görməli olduğu bəzi işlər var:
“İran Azərbaycanın bütövlüyünə, suverenliyinə, müharibədən sonraki reallıqlara hörmət etməyi bacarmalıdır.
Azərbaycan 30 illik işğal dövründə İranın Ermənistana verdiyi dəstəyə müəyyən qədər göz yuma bilər. O halda ki, Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə İran gözləntilərimizi doğrultsun. İran Azərbaycanın qərbi ilə Naxçıvan arasında zəruri həyat əlaqəsi rolunu oynayan dəhlizi özünün qırmızı xətti hesab edirsə, münasibətlərin yaxşı olacağını düşünmək çətindir”.
Politoloq qeyd edib ki, indiyədək baş verən hadisələrlə bağlı da Azərbaycanın İrandan gözləntiləri var:
“Səfirlikdəki terrorla bağlı cinayətin motivləri bəlli olmayıb. Terrorçuya cəza verilsə də, cinayətin motivi ilə bağlı Azərbaycana inandırıcı izah verilməyib.
Azərbaycanın xarici siyasətinin bəzi nüanslarından İranın yersiz narahatlıqları var. Hər bir ölkənin özünün xarici siyasətini, rəqiblərini, partnyorlarını seçmək haqqı var. İran bu məsələdə Azərbaycanın hüquqlarına qəsd edir, məhdudlaşdırmaq istəyir.
Azərbaycanın İsraillə münasibətlərində qıcıqlanmaq başa düşülməzdir. Nə qədər İran İsraillə münasibətlərimizə normal baxmayacaq bu müstəvidə də münasibətlərimiz normallaşmayacaq.
Ola bilər ki, İranın yeni prezidenti Azərbaycanla münasibətlərin yaxşılaşmasına cəhd göstərsin. Ancaq məsələlərlə bağlı yeni mövqe nümayiş etdirilməsə, münasibətlərimizin bundan da yaxşı olmasını gözləmək hələlik tezdir”.
Əfsanə Kamal
Demokrat.az