Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazandı

İDMAN 24 noyabr 2024, 15:57
Azərbaycan cüdoçuları Yunanistanın Saloniki şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Demokrat.az xəbər verir ki, oğlanlar arasında Zeyd Ələsgərov (60 kq) qızıl, Fəxri Sahibzadə (66 kq) gümüş, Anar Quliyev (50 kq) və Rüstəm Qasımzadə (55 kq) bürünc medala sahib çıxıblar.

Məhəmmədəli Hüsiyev (55 kq), İlkin Qarayev (60 kq) və Özqan Quliyev (66 kq) 5-ci, Emil Hüseynli (55 kq) isə 7-ci yerdə qərarlaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top