COP29-a velosipedlə gəldi — VİDEO

GÜNDƏM 20 noyabr 2024, 23:57

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) gələn qonaqlar öz müxtəliflikləri  ilə diqqət çəkir.

Ən maraqlı məqamlardan biri də COP29-a velosiped ilə qoşulan David Ligouydur.

D.Ligouy fransız yazıçısı olmaqla bərabər,həm də iqlim çempionudur.

Demokrat.az “Bakıvaxtı.az”a istinadən xəbər verir ki, 54 yaşlı D.Ligouy 6 ildir ki, bütün dünyanı gəzərək iqlim və biomüxtəliflik böhranları ilə mübarizə aparır.

Ligouy 6-cı ildir ki, günəş panelləri ilə işləyən elektrik yardımçı trikesi (yatan üç təkər) ilə bütün dünyada - bu günə qədər beş qitənin 30 ölkəsində gəzib. 2023-cü ildə Dubayda İqlim Dəyişikliyi üzrə COP28 tədbirində iştirak edib. Bu il isə ölkəmizdə keçirilən COP29-da iştirak edir.Onun əsas məqsədi biomüxtəlifliyin kütləvi azalması və qlobal iqlim böhranı haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top