Prezident Omanın Sultanını təbrik etdi

XARİCİ SİYASƏT 18 noyabr 2024, 11:09
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə təbrik məktubu ünvanlayıb.

Demokrat.az-ın məlumatına görə, mətndə deyilir:

"Əlahəzrət,

Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Oman xalqına daim firavanlıq və rifah arzulayıram".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top