Yaxın gələcəkdə Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycandan "yaşıl enerji"nin idxalına daha çox ehtiyac duyacaq. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova COP29 çərçivəsində təşkil olunmuş "Bərpa Olunan Enerjiyə İnvestisiya: Davamlı Gələcəyə Aparan Yollar" mövzusunda keçirilən tədbirdə bunu bildirib. O qeyd edib ki, enerji keçidinə gedən ölkənin iddialı məqsədi və planı olmalıdır: "Bu səbəbdən biz "yaşıl enerji"ni ölkəmizdə necə istifadə ediləcəyimizi və paylana biləcəyini anlamalıyıq. Milli kommunikasiya sənədimizdə biz "McKinsey Consulting" ilə sıx əməkdaşlıq etdik və ölkəmizdə hidrogen texnologiyası da daxil olmaqla, bərpa olunan enerjinin tətbiqi ilə bağlı baxışımızı təqdim etdik. Bu, həqiqətən çox maraqlı bir iş idi. Nəticədə, hazırda ərazilərimizdə hansı texnologiyanın effektiv olduğunu bilirik. Təbii ki, bu, günəş enerjisidir. Bu, təkcə xərc deyil, həm də texniki baxımdan effektivdir", - deyə R.Hümbətova söyləyib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan elektrik enerjisi ixracatçısıdır, amma bu enerjini Ermənistan istisna olmaqla yalnız qonşu ölkələrə satmaq imkanı var:
“Elektrik enerjisi potensialımız artdığından Azərbaycan yeni bazarlar axtarışındadır. Ona görə də 2022-ci ildə Avropa İttifaqı ölkələrinə elektrik enerjisi ixracı layihəsinə qoşulduq. Amma Aİ-nın tələblərinə görə, bu elektrik ənənəvi enerji daşıyıcılarından istehsal edilməməlidir. Yəni “yaşıl enerji” olmalıdır. Biz indiyə qədər “yaşıl enerji” ixrac etməmişik və Qara dənizin dibi ilə magistral kabel xətti çəkiləndən sonra buna nail olmağı planlaşdırırıq. Bu isə 2028-ci ilə proqnoz edilir”.
Törə Zeynallı
Demokrat.az