Əmanətlərin Sığortalanması Fondunda Zəfər Günü münasibətilə tədbir keçirilib — FOTOLAR

MALİYYƏ 07 noyabr 2024, 17:32
Əmanətlərin Sığortalanması Fondunda 8 noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Fondun rəhbər heyəti, kollektivi və Vətən müharibəsi iştirakçısı olan əməkdaşlar iştirak etmişdir.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.  


Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev tədbir iştirakçılarını Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış “8 noyabr – Zəfər Günü” münasibəti ilə təbrik etmişdir. Tədbir zamanı cənab Piriyev çıxış edərək bildirmişdir ki,  “Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan və 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək böyük Zəfərə imza atmışdır. Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək ən müasir silahlardan istifadə etməklə qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etmiş, canlı qüvvəsinə ciddi zərbələr vurmuşdur. Həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək nəinki torpaqlarımızın işğaldan azad olunmasına, eyni zamanda beynəlxalq səviyyədə haqq və ədalətin bərpasına nail olmuşdur.”

Tədbirin sonunda Vətən müharibəsi zamanı könüllü olaraq ordu sıralarına qoşulan əməkdaşlara Fond tərəfindən hədiyyələr təqdim olunmuşdur. 






 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:30
Top