“Bölgəmizdə sülh dövrü faktiki bərqərar olunub” — Ramil Usubov

DAXİLİ SİYASƏT 05 noyabr 2024, 08:47
“Ermənistanla sülh müqaviləsi bağlanmasa da, bölgədə sülh dövrü faktiki bərqərar olunub”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov

"Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində qeyd edib.

R.Usubov bildirib ki, milli təhlükəsizliyə təhdid yaradan amillər zərərsizləşdirilib:

“Azərbaycan xalqı belə bir münbit təhlükəsizlik şəraitində Qarabağ mövzusunu indi möhtəşəm tikinti və quruculuq məkanı kimi müzakirə edir, bu sahədə qlobal miqyaslı işlər görülür.

Regionun tərəqqi, əməkdaşlıq və təhlükəsizlik mühitində Azərbaycan fenomeni əsas tənzimləyici faktordur. Zəfərin yaratdığı reallıqlar isə Qafqaz bölgəsi ilə yanaşı, ümumiyyətlə, Avrasiya məkanının müxtəlif sahələrində yeni yanaşmaları, müasir çağırışları aktuallaşdırıb.
Ölkəmizdə və Qafqazda sülh, inkişaf və təhlükəsizlik sistemi dünyaya mühüm töhfədir. Qlobal səviyyədə nüfuzlu dövlət və lider kimi tanınan Azərbaycanla bağlı hər hansı bir proses təbii olaraq, beynəlxalq miqyasda da diqqətlə qarşılanır və onun ciddi təsirləri olur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top