Səhiyyə Nazirliyi meymunçicəyi virusunun aşkarlanması üçün PCR kitləri alır

SOSİAL 04 noyabr 2024, 19:30
Səhiyyə Nazirliyinin tabeliyində olan Səhiyyənin Təminat Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi “Labservis LTD” MMC olub.

Nazirlik meymunçicəyi (MONKEYPOX ) virusunun aşkarlanması üçün PCR kitlərinin satın alınmasına görə “Labservis LTD” MMC-yə 106 min 554 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, “Labservis LTD” MMC 6 aprel 1994-cü il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nəsimi rayonu, Səməd Vurğun, ev 81, m. 2-də yerləşən “Labservis LTD”nin nizamnamə kapitalı 2 400 manat təşkil edir. “Labservis LTD”in qanuni təmsilçisi Şahbazova Roza Qafar qızıdır.

Qeyd edək ki, Şahbazova Roza Qafar qızının qanuni təmsilçi olduğu başqa bir şirkət - "Eurolab” MMC-dir. Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 88 ünvanında yerləşən "Eurolab” MMC-nin nizamnamə kapitalı 500 manat təşkil edir. (Yeniavaz.com )

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 aprel 2025, 15:31
14 aprel 2025, 14:01
14 aprel 2025, 13:46
Top