Murad Natavanla qalmaqalından danışdı

ŞOU-BİZNES 01 noyabr 2024, 22:35
"Mahnımı reklamda eşidəndə şok oldum. Mənə bu haqda məlumat verilməmişdi. Reklam çəkildikdən sonra, artıq Natavanla danışmaq gec idi sandım".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Murad Arif Aynur Xəlilovanın "Hərşeyşünas" yutub layihəsində deyib. Sənətçi həmkarı Natavan Həbibi ilə yaşadığı qalmaqaldan bəhs edib. O bildirib ki, "Damlalar" mahnısından ondan icazə alınmadan reklamda istifadə olunub:

"Heç kimdən incikliyim yoxdur. Deyildiyi kimi məsələ məhkəməyə getmədi. Çünki anlaşılmazlıq həllini tapdı və müəllif qonorarımı artıqlamasıyla aldım. Natavanı harada görsəm, görüşəcəyəm. Mahnılarımı oxuyan hər həmkarım mənim üçün dəyərlidir. Amma onlar da gərək müəllif hüquqlarına hörmət etməyi unutmasınlar".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top