COP29-a görə 10-dan çox avtobus işləməyəcək

GÜNDƏM 01 noyabr 2024, 21:38
“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ilk 4 günündə 10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti dayandırılacaq”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.

O qeyd edib ki, sabahdan hər bir marşrut haqqında məlumatlar paylaşılacaq: “Bu məlumatlarda hansı maşrutlar üzrə avtobusların hərəkətinin dayandırılacağı və altenativ marşrutlar göstəriləcək. Sadəcə indi bu böyük siyahını birdəfəlik paylaşıb çaşqınlıq yaratmaq istəmirik.

Ona görə də bu məlumatları bir-bir paylaşmağa üstünlük veririk".

Xatırladaq ki, 11-22 noyabr tarixlərində Bakıda, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top