İnsanlar keyfiyyətli spirtli içkilərin qiymətinin yüksək olduğu qənaətindədirlər. Buna görə də saxta spirtli içkinin bazarı "ölmür".
Alkaqollu içki alarkən nələrə diqqət yetirməliyik?
Problem ilə bağlı qida mütəxəssisi Seymur Qafarov Demokrat.az-a danışıb:
"Alkoqollu məhsullar insan istehlakına verildikdən sonra bir sıra işbazlar saxta içkiləri müəyyən əlaqələr quraraq qanunsuz şəkildə hazırlayır, satışa çıxarırlar. Biz mütəxəssislər olaraq əhalini bu mövzuda hər zaman ayıq-sayıq saxlamağa çalışırıq. Saxta içkiləri ayırd etmək üçün ilk öncə məhsulun üzərində olan müvafiq etiket göstəricilərinə baxmaq lazımdır".
Ekspert qeyd edir ki, məhsul üzərində istehsalçı şirkətin hüquqi, idxalçı şirkətin faktiki və hüquqi ünvanı göstərilir. Məhsulun saxlanma şəraitinə baxılmalıdır.
"Xarici görünüşdə isə etiketlərin bulanıq şəkildə olmamasına və müəyyən beynəlxalq kodlaşmanın olmamasına diqqət yetirilməlidir. Xüsusən qapaq hissəsinnin kustar üsulla bağlanması göz ilə görülə bilir. İstifadədən öncə məhsulun rənginin, qoxusunun fərqli olduğunu görməklə müəyyən etmək olar.
İçkilərin saxtalaşmasının qarşısını almaq məqsədilə ölkə xaricinə göndərilən adlı-sanlı, inkişaf etmiş şirkətlər mütləq şəkildə öz əmtəə nişanlarını öz şüşə qablaşdırmalarında da əks etdirirlər. Bu üsulla içkiləri ayırd etmək asanlaşır. Bununla belə hansı mənfi halla rastlaşdıqda mütləq müvafiq quruma qaynar xətt vasitəsi ilə məlumat verilməlidir".
Əfsanə Kamal
Demokrat.az