Yeni əfv sərəncamı gözlənilir? — AÇIQLAMA

SİYASƏT 31 oktyabr 2024, 15:57
"8 noyabr - Zəfər günü əfv sərəncamı ilə bağlı gözləntiləri müsbət qiymətləndirmirəm".
 
Demokrat.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Əfv məsələləri komissiyasının üzü Əliməmməd Nuriyev deyib. 

Komissiya üzvü bunun səbəbini əfv sərəncamının may ayında imzalanması ilə əlaqələndirib:

"Sərəncamın imzalanmasının üstündən az vaxt keçib. Bu qısa müddətdə yeni bir sərəncamın imzalanması ehtimalını müsbət qiymətləndirmirəm. Digər tərəfdən, komissiyaların iclasları da keçirilməyib. Bu da qarşıdakı günlərdə növbəti əfv sərəncamının imzalanması ehtimalını azldır". 
 
Əliməmməd Nuriyev bildirib ki, Konistitusiyaya görə, əfv etmək Prezidentin müstəsna hüququdur:

"Prezidentin hətta istəlinən zaman Əfv komissiyalarının iclasları keçirilmədən də onu həyata keçirtmək hüququ vardır. Nəzərə alsaq ki, Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı genişmiqyaslı bir fəaliyyət proqramı işlənilir. Bütün dövlət qurumları, vəzifəli şəxslər prosesdə iştirak edirlər". 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top