Saatlı Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən M.M-in (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Demokrat.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Mirlətif Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzası cəzası təyin edilib. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cəza təyin edilməsyib. M.-ə təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəkəcək. Cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından pul tutulmaların aparıldığı vaxtdan hesablanacaq.
İttihama görə, M.M. Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini-baş həkim vəzifəsində çalışıb.
Belə ki, o, əmək qabiliyyətinin olmaması vərəqələrində göstərilən xəstəxanaların heç birində ambulator və ya stasionar qaydada müalicə olunmadığı halda bununla bağlı bilə-bilə yalan məlumatlar daxil edərək həmin şəxslərə 2022-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 38 023 manat məbləğində pul müavinətinin ödənilməsini təmin edib.
Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərib ki, əlillik dərəcəsi olmayan şəxslərə saxta sənədlər əsasında əlillik təyin edilərək onların qanunsuz pensiya almalarının qarşısını kəsmədiyinə görə özünü səhlənkarlıqda təqsirli bilir.
Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi qeyd edib ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilməyib, ondan şikayətçidirlər və mülki iddianı müdafiə edirlər. Ona görə də göstərdiklərini nəzərə alaraq mülki iddianın təmin edilməsi və mülki cavabdehdən 38 023 manat maddi ziyanın alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edib.