Azərbaycan xalq nağılları Türkiyədə çap olunub — FOTO

SOSİAL 30 oktyabr 2024, 11:53
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bir sıra xalq nağıllarımız türk dilinə uyğunlaşdırılaraq Ankarada “Azərbaycan masalları” adı altında çap olunub.

Kitabda “Tıq-tıq xanım”, “Cırtdan”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Keçəl”, “Göyçək Fatma”, “Ovçu Pirimin nağılı”, “Sehrli xalça”, “Təpəgözün nağılı”, “Məlikməmməd”, “Tülkü, tülkü, tünbəki” və s. xalq nağılları yer alıb.

Kitabın tərtibçisi Türkiyədə yaşayan azərbaycanlı alim, kulturoloq Mətanət Hüseynova, nağıllara çəkilmiş illüstrasiyaların müəllifi tanınmış uşaq rəssamı Nüşabə Küçükdür. 

Qeyd edək ki, Azərbaycan şifahi xalq ədəbiyyatının əsas janrlarından olan nağıllarımız milli-mənəvi sərvətimizdir və onlar xalqımızın nə qədər qədim ənənələrə, zəngin dünyagörüşünə malik olduğunun göstəricisidir. Nağıllar uşaqların estetik zövqünün və dünyabaxışının formalaşmasında da əhəmiyyətli rol oynayır. 

Azərbaycan xalq nağıllarının dünya dillərinə tərcüməsi, nəşri və təbliği məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən xarici ölkələrdəki Azərbaycan Mədəniyyət mərkəzləri ilə davamlı iş aparılır.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top