Gürcüstanda səslərin sayımı başa çatdı

REGİON 27 oktyabr 2024, 19:54
Gürcüstanda parlament seçkisində səslərin sayılması prosesi başa çatıb.

Oxu.Az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Qeyd edilir ki, 3 111 məntəqədən 3 110-nun bülletenlərinin nəticələrinə əsasən hakim "Gürcü Arzusu" Partiyası 53,92 % səs toplayıb.

Dörd müxalifət partiyaları cəmi 37,78 % səs yığa bilib. Onlardan "Dəyişiklik Koalisiyası" 11,04 %; "Vahidlik - Milli Hərəkat" 10,16 %; "Güclü Gürcüstan" 8,81 %; "Qaxariya - Gürcüstan naminə" Partiyası isə 7,77 % səs yığıb.

Marneulidəki 69 saylı məntəqədə kütləvi bülleten atılması hadisəsi baş verdiyi üçün səsvermənin nəticələri ləğv edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:47
21 noyabr 2024, 12:30
Top