İki oğlu Şəhid olan ana Leyla Əliyevadan nə xahiş edib? — Özü danışdı (FOTOLAR)

SOSİAL 26 oktyabr 2024, 15:04

Oktyabrın 25-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Lerik rayonunda olub.

O, rayona səfəri zamanı II Qarabağ müharibəsində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalan Altay və Elgün Mövlanov qardaşlarının ailəsini ziyarət edib.

Modern.az Leyla Əliyevanın ziyarəti ilə bağlı Şəhid qardaşların anası Sevda Mövlanova ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Sevda xanım deyib ki, Leyla xanımın Lerikə səfər etməsi, onların ziyarətinə gəlməsinə görə çox şad olublar:

"İki övladını Şəhid vermiş anayam. Onun bizə ziyarəti çox xoş oldu. Böyük təsəlli oldu. Leyla xanıma təşəkkür etmişdim, bir daha sizin vasitənizlə təşəkkür edirəm. Eləcə də Mehriban xanım Əliyeva və Prezidentimiz cənab İlham Əliyevə təşəkkürümüzü çatdırıram. Çox sağ olsunlar ki, Şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərirlər".

Sevda xanım Leyla Əliyevadan bir xahiş etdiyini də gizlətməyib:

"Leyla xanımdan uşaqlarımın evi ilə bağlı xahişim oldu. Başqa bir istəyim olmadı. O, mənim bu xahişimə müsbət cavab verdi. Dedi ki, "hər şey düzələcək".

Qeyd edək ki, şəhid Altay və Elgün Mövlanov qardaşları mərhum Xanış Şahıyevin nəvələridir.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top