“Xəyanəti bağışlayan qadın qəhrəmandır” — Vasif Məhərrəmli

ŞOU-BİZNES 26 oktyabr 2024, 13:42
Əməkdar artist Vasif Məhərrəmli qadınlarla bağlı açıqlaması ilə gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, bu fikirləri "Xəbərin var?" verilişində qonaq olan müğənni kişi xəyanətindən danışarkən qeyd edib.

Onun sözlərinə görə ərinin xəyanətini bağışlayan qadın qəhrəman sayılır:

"Bizim mental dəyərlərimiz var. Bir qadın ərinin xəyanətini bağışlayırsa, qəhrəmandır. O qadın qəhrəman qadın sayılır. Ailəsini qorumaq, övladlarının gələcəyini, xoşbəxtliyini nəzərə alaraq bağışlayır. Bütün qohumlar da zəng edib başına and içir ki, halal olsun sənə" deyə Vasif Məhərrəmli əlavə edib.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top