"Azərbaycanı Gürcüstandan çox qınasalar da Azərbaycanda Gürcüstandakı qədər rus şirkəti yoxdur"

GÜNDƏM 19 oktyabr 2024, 14:55
Avropa İttifaqı son zamanlar Gürcüstanı sözün əsl mənasında gözdən çıxarıb. Gürcüstan xalqı daha çox Avropameyilli olsa da, hakimiyyət üçün eyni şeyi bildirmək olmaz. Gürcüstanın Rusiyaya olan yaxınlığı isə Avropanın gözündən qaçacaq qədər məsafəli deyil. 

Gürcüstanın xarici siyasəti ilə bağlı məsələni şərh edən politoloq Orxan Vəliyev Demokrat.az-a bildirib ki, Gürcüstanı Avropa ölkələri qəbul etməyəcək. Səbəbi odur ki, Gürcüstanın da keçmiş Qarabağ problemi kimi problemi var. Problemli ölkələri Avropa Birliyi qəbul etmir. Bu qanundur. 

"Son zamanlar Avropanın Gürcüstana qarşı soyuqlaşdığını görürük. Bunun əsas səbəbi Gürcüstanın Rusiya ilə yaxınlaşmasıdır. Gürcüstan balaca ölkədir. Mən Tiflisdə olan zaman divarlarda Rusiya əleyhinə, Ukraynanı dəstəkləyən yazılar gördüm. Dövlətin statistikasını yoxlayanda görürük ki, balaca ölkədə 32.000 Rusiya vətəndaşı şirkət açıb. Bunların 26.000-i son 2 ildə açılan şirkətlərdir. 32.000 şirkət nə üçün ola bilər ki? Ola bilsin, bunlar qara pulların yuyulması, Rusiyanın sanksiyalardan yayınması və.s-dir. Məsələn, Rusiya avtomobil istehsal edir. Material gəlmir. Materialı Gürcüstan üzərindən alırlar. Bu statistikanı mən rahatlıqla tapa bilirəmsə, Avropa da görür. Ona görə də son zamanlar Gürcüstana qarşı "soyuq" münasibət göstərirlər. Azərbaycanı Gürcüstandan çox qınasalar da, Azərbaycanda belə Gürcüstandakı qədər rus şirkəti yoxdur".

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top