Bu il xarici dövlət borcuna büdcədən ödənilən məbləğ açıqlandı

MALİYYƏ 16 oktyabr 2024, 14:09
Cari ilin doqquz ayında dövlət büdcəsinin xərcləri 25 milyard 174,3 milyon manat və ya təsdiq olunmuş proqnoza qarşı 42,2 milyon manat (0,2 faiz) çox icra edilib.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 63,3 faizini təşkil edir.

Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsi xərclərinin 15 milyard 459,7 milyon manatı və ya 61,4 faizi cari xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 milyard 41,3 milyon manat və ya 9,5 faiz çox), 8 milyard 419,1 milyon manatı və ya 33,4 faizi əsaslı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 36,7 milyon manat və ya 0,4 faiz çox), 1 milyard 295,5 milyon manatı və ya 5,2 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 581,8 milyon manat və ya 1,8 dəfə çox) yönəldilib.

Həmçinin cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 170,3 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 1 milyard 125,2 milyon manatın (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat), cəmi 1295,5 milyon manatın ödənilməsi təmin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top