İcra başçının fermasında uşaqlar yanıb külə döndülər — Gizlədilən cinayətin ŞOK DETALLARI (VİDEO)

KRİMİNAL 15 oktyabr 2024, 17:00

Övladları  yanıb ölən ana fəryad edir.

Hadisə 2018-ci ilin yanvarın 4-də Qobustan rayonu  Qurbançı kənd ərazi dairəsinə məxsus olan və rayonun Qaracüzlü kəndi yaxınlığında  yerləşən  fermanın  həyətindəki  işçilərin yaşayışı üçün nəzərdə tutulmuş tikilidə baş verib.  Yanğın hadisəsindən ailənin  böyük  uşağı ağır xəsarətlərlə  xilas  olsa  da, 2013-cü il  təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlunu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının həyatını xilas etmək mümkün olmayıb.

Demokrat.az xəbər verir  ki, qeyd olunan hadisə ilə bağlı  CityPost.az  saytına müraciət edən yanaraq ölmüş  uşaqların  anası  Xuraman  Hacıyeva dəhşətli hadisənin onun həyatında buraxdığı ağır zərbədən danışıb.

“Hadisədən 5 ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də özümə gələ bilməmişəm. Övladlarım  gözümün qabağında  yanıb kül  oldular. Balalarım yanmış məftilə  dönmüşdülər. Səsim  heç yerə  çatmadı.Çoban arvadı olduğum üçün bizi sahibsiz görüb başımızdan basdılar.  Bu gün həmin hadisədə günahkar olan hər kəsin adını açıqlayacam.Yoldaşımla mən 2015-ci ildən həmin fermada işləyirdik.Sözügedən ferma Füzuli rayonunun başçısı Alı Alıyevin  oğlu  Elvin   Alıyevə  məxsusdur. Bizi ora aparan zaman Elvin Alıyev vəd verdi ki,iki il burada işlədikdən  sonra sizə torpaq  sahəsi verəcəm və ev tikəcəm. Biz orada iki ilə yaxın işlədik. Sonra  başımıza bu bəla gəldi.Qışda  evi isitmək üçün Elvin Alıyev bizə mazut  gətirdi. Birinci gün özü mazutu qızdırıcı sobaya   doldurub,alışdırdı. Mən ilk gündən bunun təhlükəli yanacaq olduğunu ona bildirdim. İkinci  gün  soba  partladı,3 uşağım içəridə qaldı. Böyük qızım pəncərədən qaçıb,xilas  ola  bilsə  də,digər iki azyaşlı  övladlarım gözlərim baxa-baxa  yanıb  kül oldular.”

Xuraman Hacıyevanın iddiasına görə, fermanın sahibi imkanlı və vəzifəli şəxs olduğundan məsələni ört-basdır edə bilib.

“Fermanın sahibi Elvin Alıyev həmin vaxt polis orqanlarında  işləyirdi. Atası da Füzulinin icra başçısıdır. Əlaqələrindən istifadə edib ,uşaqlarımın qanlarını batırdılar. İş Prokurorluqda araşdırılarkən  Elvin bizə deyirdi ki,sizə  köməklik edəcəm. Neçə ildir ki,bizi yola verir. İndi də telefon zənglərinə belə  cavab vermir. Bizim savadımız olmadığı üçün sənədə qol çəkdirdilər. Guya biz şikayətçi deyilik. Halbuki mən həmin vaxtda hadisənin şokunu yaşayırdım.İki övlad itirən ana necə şikayətçi ola bilməzki?

Hadisə ilə bağlı yenidən hüquq mühafizə orqanlarına müraciət etmişəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse - prezident Mehriban  xanım  Əliyevaya  səslənirəm və xahiş edirəm ki, hadisənin əsl səbəbkarı üzə çıxarılsın və cəzasını alsın”,-deyə şikayətçi bildirib.

 

Füzuli rayonu icra hakimiyyətinin  başçısı Alı Alıyev

Məsələ ilə bağlı Elvin Alıyevlə də əlaqə saxladıq.O,hadisə ilə bağlı açıqlama verməkdən imtina etdi.”Gedin işinizlə məşğul olun,sizin kimi jurnalistləri o qədər yola vermişəm ki…”,- deyərək   dəstəyi  asdı.

Qeyd edək ki, Elvin  Alıyev  əvvəllər  Füzuli rayon Polis Şöbəsində və Binəqədi rayon  Polis İdarəsində  əməliyyat  müvəkkili  vəzifəsində çalışıb. 2019-cu ildə Alıyev Elvin Alı oğlu Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəis müavini vəzifəsinə təyinat alıb. Daha sonra polis orqanlarında yol verdiyi ciddi nöqsanlara  görə xidmətdən xaric olunub.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top