Şri-Lanka BRİKS-ə qoşulmaq üçün müraciət edəcək. Ölkənin “Morninq” (The Morning) qəzetinin məlumatına görə Şri-Lanka Xarici İşlər Nazirliyi ölkənin BRİKS-ə üzvlük üçün rəsmi ərizə təqdim edəcəyini elan edib. Ölkə BRİKS ölkələrinin yaratdığı Yeni İnkişaf Bankının layihələrində də iştirak etmək niyyətindədir. BRICS-in əhatə dairəsi genişlənir, Azərbaycan da daxil olmaqla bir neçə ölkə üzvlük üçün müraciət edib. Bu ay Kazan şəhərində keçiriləcək sammit maraqlı ölkələrin, eləcə də Qərbin diqqət mərkəzindədir. Serbiyanın Baş nazirinin müavini BRICS-i Avropa İttifaqına real alternativ adlandırıb və ölkəsinin də həmçinin təşkilatda təmsil olunmaq istədiyini vurğulayıb.
Politoloq Elçin Xalidbəyli Demokrat.az-a açıqlamasında deyib ki, BRICS-in genişlənməsi və inkişaf etməsi Qərb siyasi dairələrində narahatlıq doğurur:
“Qərbdə bir çoxları BRICS-i Avropa İttifaqına alternativ kimi qəbul edir. Onu da nəzərə almaq lazımdır ki, BRICS qlobal şimalla, qlobal cənub arasında mübarizənin nəticəsi olaraq yaranıb. BRICS-in Avropa İttifaqından müəyyən fərqləri var. Aİ öz sıralarına Avropa məkanından kənar heç kimi qəbul etmək istəmir, hətta qitənin bəzi ölkələri də hələ ki bu qurumun üzvü deyil. Avropa İttifaqı istismarçı quruma çevrilib, üstəlik, iqtisadi prioritetləri sırasına bəzi üzv dövlətlərin siyasi ambisiyaları da əlavə olunub. Aİ ona daxil olmayan ölkələrlə öz maraqlarını diqtə etməklə münasibətlər qurmağa çalışır, öz təməl funksiyalarını unudub. BRICS onun kimi istismarçı qurum deyil, ən azından hələ ki bu, belədir. İqtisadi maraqları uzlaşan ölkələr bu qurumun üzvü ola bilir. BRICS-ə Avropadan, ABŞ-dən narazı dövlətlər qoşulmaq üçün müraciət edir. Azərbaycanın Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığı olsa da, bir çox sahələrdə Aİ ilə ziddiyyətlər mövcuddur. İqtisadi-ticari münasibətlər qurmaq üçün Azərbaycanın BRICS-ə üzv olmağı daha perspektivlidir, bu ölkələrlə daha faydalı əməkdaşlıq prosesinə start verilə bilər. Türkiyənin də BRICS-ə üzvlük üçün müraciət etdiyinə dair məlumatlar var. Bu onu göstərir ki, Azərbaycan və Türkiyənin timsalında Orta Asiyanın türk dövlətləri BRICS-lə əməkdaşlığa başlaya bilər. Bu məqamlar onu deməyə əsas verir ki, BRICS həqiqətən də Avropa İttifaqına alternativ təşkilat rolunda çıxış edə bilər. Bunun nə qədər uğurlu olacağını isə gələcək proseslər göstərəcək”.
Törə Zeynallı
Demokrat.az