Türk dünyası daha bir mühüm dəyişikliyin astanasındadır. Növbəti yeniliyi bu dəfə Türkiyə edib. Türkiyənin Milli Təhsil Nazirliyinin qərarı ilə tarix dərsliklərindəki “Orta Asiya” ifadəsi “Türküstan” sözü ilə əvəzlənir. Ölkə mediasında yayılan xəbərlərə görə tarixçilər bu qərarı müsbət addım kimi dəyərləndirib. Dəyişiklik 2024-2025-ci tədris ili üçün nəzərdə tutulub.
Azərbaycanda da bu addımın gerçəkləşdirilməsi müzakirə olunur. Məsələyə millət vəkili Naqif Həmzəyev Demokrat.az-a açıqlamasında münasibət bildirib. N.Həmzəyev qeyd edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində orta məktəblərdə ortaq tarixin tədris edilməsi, ortaq türk əlifbasından istifadə barədə razılığın əldə olunması müsbətə doğru atılmış addımlardır:
“Türkiyədə tarix dərsliklərində “Orta Asiya” coğrafi adı “Türküstan” sözü ilə əvəzlənir. Bu, təqdirəlayiq haldır. Amma bu, Türk Dövlətləri Təşkilatı tərəfindən razılaşdırılmayıb. İstənilən halda bu coğrafiyanın “Türküstan” adlandırılması müsbət qərardır. Amma Orta Asiyada yerləşən türk dövlətləri arasında Türkmənistan Respublikası da var, düşünürəm ki, Türkmənistanla Türküstan sözləri arasında bənzərlik olduğu üçün bu, müəyyən anlaşılmazlıq və çətinlik yarada bilər. Fikrimcə, yaxın vaxtlarda TDT bu məsələni də müzakirə edəcək. Məqsədəuyğun hesab olunarsa, üzv ölkələr bu ərazini alternativ olaraq həm də “Türküstün” adlandıracaq. “Orta Asiya” ifadəsinin yerinə “Türküstan”ın istifadə edilməsi TDT çərçivəsində müzakirə olunduqdan sonra bütün türk dövlətləri tərəfindən razılığa gəlinməsi məqsədə müvafiq olar”.
Törə Zeynallı
Demokrat.az